Futbol üzrə İspaniya La Liqasının 27-ci turunun “Hueska” ilə ev oyunu “Barselona”nın hücumçusu Lionel Messi üçün əlamətdar olub.

Rekord.az xəbər verir ki, Kataloniya təmsilçisinin 4:1 hesablı qələbəyə sevindiyi bu görüşdə argentinalı futbolçu iki qol vurub, bir məhsuldar ötürmə müəllifi olub.

Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 21-ə çatdırıb. Messi həm də La Liqa tarixində ardıcıl 13 mövsümdə azı 20 qol vurmağı bacaran ilk futbolçuya çevrilib. O, bu uğurlu seriyaya 2008/09 mövsümündən başlayıb. Messi ən yaxşı nəticəni 2011/12 mövsümündə göstərib, futbolçu həmin vaxt 50 qol vurub.