Messidən Neymara dəstək
- 19 Okt 2023 21:48
- 304
“İnter Mayami”nin hücumçusu Lionel Messi ciddi zədə alan “Əl-Hilal”ın futbolçusu Neymara dəstək olub.
Rekord.az xəbər verir ki, Messi sosial şəbəkə hesabında Neymarla şəklini paylaşaraq, “Sənə çoxlu güc arzulayıram” yazıb.
Braziliya millisi DÇ-2026-nın seçmə mərhələsinin qrup mərhələsinin 4-cü turunun matçında Uruqvayla qarşılaşıb (0:2). İlk hissədə “sambaçılar”ın hücumçusu Neymar ciddi zədələnib. O, dizindən zədə alıb və meydanı xərəkdə tərk etmək məcburiyyətində qalıb.