Koronavirus pandemiyası səbəbindən futbolda yaranmış fasilə futbolçuların dəyərlərinə də mənfi təsir göstərəcək.

Rekord.az xəbər verir ki, ən çox dəyər itirən oyunçu "Barselona"nın kapitanı Lionel Messi olacaq.

Fevralda transfer qiyməti 175 milyon avroya bərabər olan argentinalı superulduzun La Liqanın ləğvi təqdirində dəyəri 127 milyona düşəcək. Çempionat bərpa olunsa belə, Leo ciddi təsirdən qurtulmayacaq.

Messidən sonra dəyərini ən çox itirən "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne olacaq. Növbəti yerləri PSJ-nin hücumçuları Neymarla Kilian Mbappe tutur. Fransa Liqa1-i başa çatdırıldığından Neymarda bu göstərici 137, Mbappedə isə 177 milyon avroya düşüb.

Koronavirusa görə ən çox dəyər itirən 10 futbolçu:

Futbolçu

Fevralda dəyəri

(avro)

Mövsüm ləğv olunsa

Mövsüm bərpa olunsa

Lionel Messi ("Barselona")

175 milyon

127 milyon (-27.5)

134 milyon (-23.2)

Kevin De Bruyne ("Mançester Siti")

130 milyon

99 milyon (-24.0)

112 milyon (-14.0)

Neymar (PSJ)

175 milyon

137 milyon (-21.7)

-

Kilian Mbappe (PSJ)

225 milyon

177 milyon (-21.5)

-

Məhəmməd Salah ("Liverpul")

155 milyon

124 milyon (-19.8)

131 milyon (-15.6)

Sadio Mane ("Liverpul")

141 milyon

116 milyon (-17.3)

123 milyon (-12.9)

Harri Keyn ("Tottenhem")

135 milyon

112 milyon (-16.7)

117 milyon (-13.0)

Rahim Sterlinq ("Mançester Siti")

150 milyon

129 milyon (-13.8)

134 milyon (-10.5)

Ceydon Sanço ("Borussiya" D.)

139 milyon

121 milyon (-13.4)

127 milyon (-8.5)

Markus Reşford ("Mançester Yunayted")

109 milyon

96 milyon (-11.4)

101 milyon (-6.7)