Futbol üzrə Argentina millisinin və İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi ölkəsinə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində maddi yardım göstərib.

Rekord.az xəbər verir ki, 33 yaşlı hücumçu koronavirusla mübarizə fonduna 500 min avro ianə edib.

Bu vəsait tibb işçiləri üçün qoruyucu avadanlıq, istehlak materialları və süni nəfəs aparatlarının alınmasına xərclənəcək.

Qeyd edək ki, Argentinada 6 mindən çox insanda koronavirus aşkarlanıb, azı 305 adam dünyasını dəyişib.

Messi daha öncə Kataloniyada koronavirusla mübarizə üçün 1 milyon avro yardım etmişdi.