Rekord.az xəbər verir ki, “Barselona”nın yeni transferi Serxio Aquero Kataloniya klubuna keçidindən və Lionel Messinin komandadan gedişindən danışıb.

Argentinalı hücumçu həmyerlisi və yaxın dostu Messi ilə birgə oynamaq üçün “Barselona”ya keçdiyini və onun gedişindən şoka düşdüyünü bildirib:

“Barselona"ya keçdiyim üçün peşman deyiləm. Əksər futbolçular bu klubda, bu formada çıxış etmək istəyir.

Ancaq onu da deyim ki, Lionel Messi ilə oynamaq ümidi ilə bura gəlmişdim. Onun gedişi məni şoka saldı. Çox pis anlar yaşadım.

Baş verənlərə inana bilmədim. Olanları unutdurmaq üçün Leo ilə görüşüb danışdım. Vəziyyətini gördüm, o d yaxşı deyildi”.

Aquero bu yay “Mançester Siti”dən ayrıldıqdan sonra azad agent statusu ilə “Barselona”ya keçib. Messi də bu yay Kataloniya klubundan ayrılaraq PSJ-yə keçib.