“İnter Mayami” komandası MLS-də növbəti oyununa çıxıb.

Rekord.az xəbər verir ki, Mayami təmsilçisi səfərdə “Sent Luis”ə uduzub - 0:3.

Lionel Messinin karyerasını davam etdirəcəyi klub ardıcıl 11 oyundur ki, qələbə üzünə həsrətdir.

“İnter Mayami” Şərq konfransında 18 xalla sonuncu, “Sent Luis” isə Qərb konfransında 41 xalla 1-ci pillədə qərarlaşıb.