Barselona" kapitanı Lionel Messi ilə yeni müqavilə imzalamaq üçün danışıqları davam etdirir.

Rekord.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti Jozep Bartomeu argentinalı hücumçunun atası və agenti olan Leo Xorxe Messi ilə müqavilənin detallarını müzakirə edir.

Bildirilib ki, yeni müqavilə ilə Messinin maaşı hazırda olduğu kimi (illik 30 milyon avro) qalacaq. Tərəflər arasında danışıqların son dərəcə nikbin getdiyi vurğulanıb.

Qeyd edək ki, rəhbərliyin argentinalı hücumçuya 1+1 illik yeni sözləşmə təklif etdiyi bildirilir. Ancaq Messi hər mövsümün sonunda klubdan ayrılmaq hüququ qazanacaq.