"Barselona"dan ayrılaraq PSJ-yə transfer olunan Lionel Messinin qaldığı oteldə soyğunçuluq olub.

Rekord.az "The Sun"a istinadən xəbər verir ki, "Le Royal Monceau"da argentinalı hücumçunun qaldığı otağın yuxarı mərtəbəsindəki otağa daxil olan soyğunçular 3 min funt sterlinq dəyərində boyunbağı, 500 funt sterlinq dəyərində sırğa və 2 min funt sterlinq məbləğində nəğd pul oğurlayıb.  

Bu hadisədən sonra Messi ailəsi ilə birgə qaldığı oteldən ayrılmaq və evə köçmək üçün hazırlıqlara başlayıb.