Məlum olduğu kimi, “Barselona”nın ulduz forbardı, dünyanın ən yaxşı iki futbolçusundan biri olan Lionel Messi qəti şəkildə öz klubundan üz döndərib və başqa bir kluba transfer olunmaq niyyətinin üzərində israr edir, komandanın məşqlərinə qatılmır.

Argentinalı mövsümün sonlarında "Barselona"nın gələcəyi ilə bağlı narahatlıq içində olub.

Rekord.az xəbər verir ki, qolçunun Kataloniya klubundan ayrılmaq istəyi həm idman səciyyəli, həm də hüquqi səbəblərlə əlaqədardır.

Hüquqi səbəblər

1. Mövsümün sonu gecikdiyinə görə onun klubdan getmək istəyi barədə kluba bildiriş göndərmə müddəti uzadılıb. Əvvəlki 10 iyun tarixə qədərki son müddət artıq etibarlı deyil.

2. Razılaşmasının son ilində 700 milyon avro müqabilində sərbəst qalma müddəası müqavilədə olmayıb.

3. Klub prezidenti Xosep Bartomeu bir çox müsahibəsində Messinin istədiyi vaxt klubdan gedə biləcəyini deyib.

İdman səciyyəli səbəblər

1. “Barselona”nın layihəsi iddialı deyil və Messi komandanın gələcəyinə inanmır. Komandanın qalib gəlmək ümidi bir müddətdir ona bağlıdır.

2. Ernesto Valverdenin baş məşqçi vəzifəsindən qovulması Messinin ürəyincə olmayıb.

3. Messinin klubun idarə edilməsi ilə bağlı problemləri var. Son aylarda klubun sosial media qalmaqalları buna misal ola bilər.

4. Valverdenin gedişində bəzi oyunçuları günahlandıran Erik Abidal kimi onun da klubun bəzi rəhbərləri ilə münasibətinin pozulması.

5. Messi düşünür ki, akademiyanın istifadəsi də daxil olmaqla müxtəlif mövzulardakı fikirlərinə klub rəhbərliyi əhəmiyyət vermir.

6. Messi hesab edir ki, “Barselona”da bir dövrün sonu yaxınlaşıb.

7. Messi və ailəsi “Barselona”nın sosial media qalmaqallarının hədəfində olub və bunlara klubun rəhbərlik etməsi ona travmaya salıb.