"Barselona"nın futbolçusu Jerar Pike sabiq komanda yoldaşı Lionel Messinin PSJ-yə keçidindən sonra Liqa 1-in yayım hüququnu alıb.

Rekord.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. 34 yaşlı müdafiəçi öz şirkətləri "Kosmos Holding" və "Enjoy TV" vasitəsi ilə Liqa 1 və Liqa 2-nin yayım hüququnu 3 il müddətinə alıb.

Mətbuatda Pikenin bu addımı Messinin PSJ-yə keçidinə görə atdığı haqda məlumatlar yayılıb. Onun Messinin transferinə görə Liqa 1-in daha çox izlənəcəyini düşündüyü bildirilib.

Qeyd edək ki, Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb.