Messiyə qarşı rekord sayda qayda pozuntusu
- 11 May 2021 16:19
- 619
"Atletiko"nun futbolçuları La Liqanın 35-ci turunda "Barselona" ilə matçda rəqib komandanın kapitanı Lionel Messini dayandırmaq üçün bütün metodlardan istifadə ediblər.
Rekord.az "Opta"ya istinadən xəbər verir ki, Madrid klubunun oyunçuları argentinalı hücumçuya qarşı 9 dəfə qaydanı pozublar. Bu isə 2003/04 mövsümündən bəri bir Kataloniya təmsilçisinin oyunçusuna qarşı qayda pozuntularının rekordudur.
Qeyd edək ki, sözügedən oyun qolsuz bərabərliklə başa çatıb.