Mesut Özilin durumuna aydınlıq gəldi
- 06 Mar 2021 18:20
- 768
Türkiyənin “Fənərbaxça” yığmasının yarımmüdafiəçisi Mesut Özilin zədələndiyini xəbər vermişdik.
Rekord.az xəbər verir ki, “Antalyaspor”la oyunda (1:1) sıradan çıxan futbolçunun vəziyyətinə aydınlıq gəlib.
Ətraflı müayinədən keçirilən 32 yaşlı futbolçunun azı bir ay yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.
Mesut Özilin zədə səbəbindən “Fənərbaxça”nın qarşıdakı beş oyununda forma geyinməyəcəyi dəqiqləşib. Belə ki, təcrübəli oyunçu “Konyaspor”, “Beşiktaş” və “Malatyaspor”la səfər, “Gənclərbirliyi” və “Dənizlispor”la ev oyunlarını buraxacaq.
Qeyd edək ki, bu qış London “Arsenal”ından “Fənərbaxça”ya gələn Mesut, İstanbul klubunda indiyə qədər 6 matça çıxıb.