"Metz"in baş məşqçisi Frederik Antonetti PSJ-nin hücumçusu Kilian Mbappenin davranışını tənqid edib.

Rekord.az xəbər verir ki, fransalı hücumçu "Metz"lə görüşün (2:1) 90+5-ci dəqiqəsidə Aşkraf Hakimin vurduğu qoldan sonra rəqib komandanın qapıçısı Aleksander Ukidjenin yanına qaçıb və ona qışqıraraq qələbə qolunu qeyd edib.

Matçdan sonra Antonetti Mbappe ilə bağlı deyib: "Mbappe xoşuma gəlir, amma sevilmək istəyirsə, fərqli davranmalıdır. Daha təvazökar olsaydı, ona yaxşı olardı".