Məvaciblərinin azaldılmasına razı oldular
- 24 Mar 2020 15:30
- 653
Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçuları koronavirus pandemiyasına görə futbol yarışlarının dayandırıldığı və klubun zərər görməməsi üçün məvaciblərinin azaldılmasına razı olublar.
Rekord.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Xəbərdə, Dortmund təmsilçisinin futbolçularının məvaciblərinin 20 faizindən imtina etdiyi bildirilib.
Almaniya Bundesliqası koronavirus pandemiyasına görə təxirə salınıb.