Meydançaya çıxsa, həbs olunacaq
- 14 Sen 2021 13:44
- 509
“Arsenal”dan ayrılaraq “Korintians”a keçən Villian bir müddət meydana çıxa bilməyəcək.
Rekord.az xəbər verir ki, buna səbəb Braziliya Milli Sağlamlıq Nəzarəti Agentliyinin tətbiq etdiyi qadağadır.
Məlumata görə, Villianın “Atletiko Qoiyaniens”lə oyunda meydana çıxacağı planlaşdırılıb.
Amma agentlik bildirib ki, futbolçu 14 gün karantində olmalıdır. Agentliyin bəyanatında qeyd olunub ki, əgər futbolçu meydana çıxsa, həbs olunacaq.
İngiltərədən Braziliyaya qayıdan hər bir kəsin 14 günlük karantinə alınması vacibdir.