Meydanda huşunu itirən futbolçu ilə bağlı açıqlama
- 23 Avq 2021 16:00
- 535
Türkiyə Super Liqasının 2-ci turunda keçirilən “Qaziantep” – “Beşiktaş” matçında futbolçusu Fabris Nsakala huşunu itirib.
Rekord.az xəbər verir ki, 31 yaşlı müdafiəçi həkimlərin müdaxiləsindən sonra dərhal xəstəxanaya aparılıb.
Nsakalanın durumu ilə bağlı İstanbul təmsilçisi məlumat yayıb. Klub Konqo əsilli fransalı futbolçunun yaxşı olduğunu bildirib. O, İstanbuldakı klinkaların birinə köçürüləcək.
“Qaziantep” – “Beşiktaş” matçında hesab açılmayıb.