"Neftçi"dən ayrılan Sezar Meza Kolliyə "Araz Naxçıvan"a keçmək təklif olunub.

Rekord.az-a daxil olan məlumatga görə, klubun qeyri-rəsmi rəhbəri Zaur Axundov vaxtı ilə "Keşlə"də onun prezidentliyi dönəmində oynamış paraqvaylıya Naxçıvana gəlməyi təklif edib.

Lakin deyilənə görə, paraqvaylı "Araz Naxçıvan"ın büdcəsini aşacaq məbləğdə maaş istəyir. Məhz bu məqam keçidi əngəlləyə bilər.