“Keşlə” sezar Meza Kolli ilə danışıqları davam etdirir.

 

Rekord.az xəbər verir ki, müqavilə ilə Rumıniyanın “Universitatya”” klubuna mxsus olan paraqvaylı yenidən Bakıya dönməyin əlehinə deyil.

 

Lakin maaşının artırılmasını istəyir. Klub isə maddi durumu əsas gətirərək bunu mümkünsüz sayır. Lakin əldə etdiyimiz son məlumata görə, tərəflər arasında yeni razılaşma mümkün ola bilər. Bizə ötürülən məlumata görə, Meza Kolli əvvəlki maaşa oynamağa razıdır. Lakin bir şərtlə ki, qələbəyə görə verilən mükafatın məbləğində artım olsun. Məsələn, deyək kik, keçən mövsüm qələbəyə görə 2 min manat mükafat alırdı, növbvəti mövsüm 3 min alacaq. Hələlik “Keşlə” rəhbərliyi futbolçunun bu təklifinə hər hansı qarşılıq verməyib.