Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Keşlə” transfer bazarında fəallardan sayıla bilər. Düzdür, hələ ki, gedənlər daha çoxdur. Lakin son zamanlar gələnlərin də sayı artmaqdadır.

Rekord.az-a daxil olan məlumata görə, klub rəhbərliyinin ən çox narahat olduğu məsələ aparıcı futbolçu Sezar Meza Kolli ilə razılıq əldə olunmamasıdır.

Futbolçu qəti fikir bildirmir, vaxt uzada-uzada gedir. Nə “qalıram” deyir, nə də “gedirəm”. Əldə etdiyimiz məlumata görə, paraqvaylı daha yüksək maaşa başqa kluba keçmək istəyir. Amma həmin klublardan da real təklif olmadığı üçün “Keşlə”ni də əldən buraxmaq istəmir.