Meza Kolli “Keşlə”ni idarə edir: legioneri qovdurub qardaşını gətirir
- 12 Yan 2021 12:00
- 853
Dmitro Klots “Keşlə”dən göndərilib.
Rekord.az xəbər verir ki, ən maraqlısı “Keşlə”nin Klotsu digər əcnəbisinin istəyi ilə qovmasıdı.
Paraqvaylı Sezar Meza Kollinin hörməti klubda Sultanovdan da, baş məqşiçi Yunis Hüseynovdan da yüksəkdi. Məhz o, qardaşı Derlisin yanına gətirilməsini tələb edib. Belədə dayaq yarımmüdafiəçilərindən biri yola salınmalıydı və seçim ilk olaraq Kamaranın yox, məhz Klotsun əleyhinə edilib.
Sezarın istəyi də yerinə yetirilib. Belə ki, ötən gün Bakıya dönən legioner qardaşını özüylə gətirib. (sportinfo.az)