“Neftçi” Meza Kolli ilə danışıqları müvəqqəti dayandırıb.

Rekord.az xəbər verir ki, danışıqlar ölkə kubokunun bu gün keçiriləcək final matçından sonra bərpa olunacaq.

Məsələn, sabah “Neftçi” rəhbərliyi iıə paraqvaylının görüşü də nəzərdə tutulub. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Meza Kolli “Neftçi”də oynamağın əlehinə deyil. Lakin yüksək məbləğ tələb edir. Hətta istəyir ki, komandada ən ödənişli futbolçu olsun. Məsələuyə bu həftə ərzində nöqtə qoyulacaq.