Meza Kolli yenə maaş davası edir
- 11 Noy 2020 13:00
- 756
Müəyyən fasilədən sonra yenidən “Keşlə”yə qayıdan Sezar Meza Kolli hələ ki, əvvəlki maaşa oynayır.
Rekord.az-ın əldə etdiyi məlumata görə, futbolçu bundan narazıdır və maaşının qaldırılmasını istəyir.
Yalnız bu şərtlə komandada qala biləcəyini bildirib. Təbii ki, müqavilə müddəti bitdikdən sonrakı dönəmi nəzərdə tutub. Bir sözlə, “Keşlə” rəhbərliyi paraqvaylını komandada saxlamaq istəyirsə, maaşını qaldırmalıdır.