“Milan” heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisi Serbiyanın “Srvena Zvezda” klubunun futbolçusu Marko Lazetiçlə maraqlanır.

Bu barədə TMW radiosu məlumat yayıb.

Xəbərdə “Milan”ın 17 yaşlı hücumçu üçün “Srvena Zvezda”ya 5 milyon avro, oyunçuya isə 5 illik müqavilə təklif etdiyi bildirilib.

Lazetiç bu mövsüm “Srvena Zvezda” ilə 21 oyunda 7 qol vurub.