"Milan" 3 futbolçu ilə birdən danışıq aparır
- 09 Yan 2021 13:21
- 603
"Milan"ın baş məşqçisi Stefano Pioli klubun müqaviləsi bitən bir sıra oyunçuları komandada saxlamağa çalışdığını söyləyib.
Rekord.az xəbər verir ki, o, "Football İtalia"ya açıqlamasında xüsusilə, hücumçu Zlatan İbrahimoviç, yarımmüdafiəçi Hakan Çalhanoğlu və qapıçı Canluici Donnarumma ilə yeni müqavilə imzalamaq istədiklərini bildirib:
“Bildiyim qədəri ilə futbolçuların müddəti bitən müqavilələri yeniləmək istəyi var. Danışıqlar aparırlar. Həll yollarını gözləyirəm. Müsbət hal, bütün tərəflərin müqavilələri yeniləməyə hazır olmasıdır. Əsas odur ki, futbolçular narahat olmasınlar".