“Milan” futbolçularını geri çağırdı
- 18 Apr 2020 17:20
- 759
İtaliyanın “Milan” klubu ölkə xaricində olan futbolçularını geri çağırıb.
Rekord.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, “qırmızı-qaralar” koronavirus pandemiyası səbəbiylə A Seriyasının dayandırılmasından sonra İtaliyadan ayrılan futbolçuların qayıtmasını istəyir. Komandanın 6 üzvü – Zlatan İbrahimoviç, Hakan Çalhanoğlu, Asmir Beqoviç, Rafael Leao, Lukas Paketa və Simon Kyaerin ölkədən kənarda olduğu bildirilir.
“Milan” may ayından məşqlərə başlanacağına ümid edir və futbolçuların ölkəyə qayıdarkən 14 gün karantində qalacaqları üçün qayıtmalarını istəyir.