“Milan”ın türk yarımmüdafiəçisi Hakan Çalhanoğlu zədələnib.

Rekord.az xəbər verir ki, 26 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Seltik"lə matç öncəsi məşq zamanı zədə alıb.

Onun təxminən 7-10 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə o deməkdir ki, Hakan Şotlandiya təmsilçisi ilə görüşü, həmçinin A seriyasında "Roma" və "Udineze" ilə qarşılaşmaları buraxacaq. 26 yaşlı futbolçunun Avroliqada "Slaviya"ya qarşı oyunu buraxması da istisna edilmir.

Qeyd edək ki, sabah keçiriləcək "Seltik" - "Milan" oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.