![photo](https://www.rekord.az/storage/uploads/5/marko-720x470.jpeg)
“Milan” hücumçusunu yenə icarəyə göndərdi
- 17 İyl 2023 20:00
- 263
“Milan”ın hücumçusu Marko Nasti icarə əsasında “Bari” klubuna keçib.
Rekord.az “rossonyerlər”in rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu ilə 2023/24 mövsümünün sonuna kimi olan müqavilə imzalanıb.
Nasti 2022/23 mövsümünü icarə əsasında “Kosenza”da keçirib. O, İtaliya B Seriyasında 27 oyuna çıxıb, beş qol vurub.
“Bari” də B Seriyasında mübarizə aparır.