"Milan" İbrahimoviçlə danışıqlara başladı
- 21 Noy 2019 15:50
- 830
"Los Anceles"lə dekabrda başa çatacaq müqaviləni yeniləməyəcək Zlatan İbrahimoviç "Milan" qayıtmağa yaxındır.
Rekord.az-ın "Sky Sport İtalia"ya istinadən yaydığı xəbərə görə, A seriyası təmsilçisinin nümayəndələri isveçli hücumçunun meneceri Mino Rayola ilə görüşüb.
38 yaşlı hücumçunun tələblərinin yüksək olmasına baxmayaraq, "Milan"nın onunla 1.5 illik müqavilə imzalamaqda israrlı olduğu bildirilib. Tərəflər arasında danışıqların davam etdiyi vurğulanıb.
Qeyd edək ki, İbrahimoviçlə digər A seriyası təmsilçisi "Bolonya"nın da maraqlandığı iddia olunur.
Xatırladaq ki, İbrahimoviç 2010-2012-ci illərdə "Milan"da oynayıb.