“Milan” Zlatan İbrahimoviçlə yeni müqavilə ilə bağlı razılığa gələ bilmir.

Rekord.az xəbər verir ki, isveçli hücumçu İtaliya klubunun təklif etdiyi məbləğdən 1 milyon 500 min avro daha çox maaş istəyir.

Bildirilir ki, A seriyası təmsilçisi 38 yaşlı oyunçuya 5 milyon avro və bonuslar verməyə hazırdır. Ancaq o, klubdan 7 milyon 500 min avro maaş tələb edir. Bu da tərəflərin yeni müqavilə imzalamasında problem yaradır.

Z.İbrahimoviç bu ilin yanvarında “Los Anceles Qelaksi”dən “Milan”a keçib. O, 2019/2020 mövsümünün ikinci yarısında komandanın heyətində çıxdığı 20 oyunda 11 qol vurub və 5 qolun ötürməsini verib.