"Milan"da futbolçular koronavirus testindən keçib.

Rekord.az "Sky Sport İtalia"ya istinadən xəbər verir ki, bütün oyunçuların nəticələri mənfi çıxıb və onlarda koronavirus aşkarlanmayıb.

Futbolçular sabah ikinci testdən keçəcəklər. Nəticələr mənfi çıxacağı təqdirdə, klub mayın 22-i öz bazasında qrup məşqlərini bərpa edəcək.