Milan Obradoviç: “İlk üç qolu rəqibə hədiyyə etdik”
- 11 Okt 2019 11:41
- 822
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransaya qarşı keçirdikləri səfər oyununu şərh edib.
Rekord.az xəbər verir ki, o, 0:5 hesabıyla uduzduqları qarşılaşmadan sonra bunları söyləyib:
“Hər kəs necə bir komandaya qarşı oynadığımızı yaxşı başa düşürdü. Təəssüf ki, ilk üç qolu hədiyyə etdik. Əlbəttə, Fransa yığması qələbəyə layiq idi, buna şübhə ola bilməz. Amma biz də ən azı bir qol vurmağa layiq idik. Alınmadı. Futbolçulara da bildirdim ki, daha yaxşı oynaya bilərdik. Təbii ki, Fransa səviyyəsində oynaya bilmərik. Onlar hər şeydə bizdən çox irəlidədilər. Amma hətta belə rəqiblərlə görüşlərdə belə oynaya, öz səviyyəmizi göstərə, futbol sərgiləyə bilərik. Artıq bu oyun geridə qaldı. Hazırda bizə yaxşı istirahət etmək və qarşıdakı İsveçrə ilə oyuna hazırlaşmaq, enerji toplamaq lazımdı. Özümüz üçün analizlər edəcəyik, İsveçrənin heyətini öyrənməyə çalışacağıq”.