"Milan" transferlərə 250 milyon ayırdı
- 11 Mar 2020 13:48
- 632
“Milan” koronavirus epidemiyasının müalicəsi üçün yardım fonduna 250 min avro bağışlayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda pulun Lombardiya bölgəsində təcili müdaxilə mərkəzi olan AREU vasitəsi ilə virus səbəbiylə xəstəxanaya yatırılanların müalicəsi üçün xərclənəcəyi bildirilib.
Daha öncə İtaliyanın digər klubu “İnter” koronavirusla mübarizə aparan Sakka xəstəxanasına 100 min avroluq yardım etmişdi. Epidemiya səbəbiylə İtaliyada bütün idman tədbirləri aprelin 3-nə qədər təxirə salınıb.