"Milan" yeni baş məşqçisini açıqladı
- 2019-10-09 19:20
- 711
“Milan"a yeni baş məşqçi təyin edilib.
Rekord.az xəbər verir ki bu haqda klubun saytı məlumat yayıb.
Öncədən elan olunduğu kimi, bu vəzifə 53 yaşlı Stefano Pioliyə tapşırılıb. Onunla bu gün 2 illik müqavilə imzalanıb. İtaliyalı çalışdırıcının illik qazancı 1 milyon avro olacaq.
Qeyd edək ki, Pioli daha öncə "İnter", "Latsio" və "Fiorentina"da da işləyib. O, bu vəzifədə Marko Campaolonu əvəz edib.