İtaliyanın “Milan” klubu futbolçusu Tommazo Pobeqanın müqaviləsini yeniləyib.

Rekord.az xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

21 yaşlı italyan futbolçuyla müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.

“Milan”ın yetirməsi olan Pobeqa son mövsümü icarə əsasında B Seriyası təmsilçisi “Pordenone”də keçirib.