“Milan”da ciddi itki
- 05 Dek 2020 18:20
- 675
İtaliyanın “Milan” klubu ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, “qırmızı-qaralar”ın müdafiəçisi Simon Kyaer sıradan çıxıb.
Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilən “Seltik”lə oyunda (4:2) sıradan çıxan 31 yaşlı futbolçu sağ ayağından zədələnib.
Futbolçu növbəti günlərdə yenidən tibbi müayinədən keçəcək. Onun azı iki həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.