İtaliyanın “Milan” klubu ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisinin yarımmüdafiəçisi İsmael Bennaser zədələnib.

Bu barədə komandanın baş məşqçisi Stefano Pioli İtaliya mətbuatına açıqlamasında deyib.

O, Avropa Liqasının 1/16 final mərhələsində “Srvena Zvezda”ya (Serbiya) qarşı keçirilən səfər matçında (2:2) Bennaserin zədələndiyini bildirib.

23 yaşlı futbolçu A Seriyasının 23-cü turu çərçivəsində, fevralın 21-də keçiriləcək “Milan” - “İnter” matçında forma geyinə bilməyəcək.