“Milan”da fransız yarımmüdafiəçi
- 16:20
- 32
“Milan” heyətinə daha bir futbolçu qatıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
A Seriyası təmsilçisi "Montsa"dan fransız yarımmüdafiəçi Uorren Bondonu transfer edib. Onunla 2029-cu il iyun ayınadək müqavilə imzalanıb. Futbolçu komandada 39 nömrəli forma geyinəcək.
21 yaşlı Bondo 2022-ci ilin yayından bəri "Montsa"nın formasını geyinirdi. Bu mövsüm o, bütün turnirlərdə 22 matça çıxıb.