İtaliyanın “Milan” klubu müdafiəçisi Simon Kyaerlə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Danimarkalı futbolçunun sözləşməsinin müddəti 2024-cü ilin yayınadək uzadılıb.

32 yaşlı müdafiəçi 2020-ci ilin yanvarından Milan şəhərinin eyniadlı təmsilçisində çıxış edir.