![photo](https://www.rekord.az/storage/uploads/5/reynders.jpg)
“Milan”dan 19 milyonluq transfer
- 19 İyl 2023 20:36
- 246
“Milan” növbəti transferini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, İtaliya nəhəngi Niderland “Alkmar”ının yarımmüdafiəçisi Ticani Reyndersi heyətinə qatıb.
Holland futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Milan” bu transfer üçün “Alkmar”a 19 milyon avro ödəyib.
“Tvente”nin yetirməsi olan, “Zvolle” və “Valveyk”də də oynamış yarımmüdafiəçi 2018-ci ildən “Alkmar”da çıxış edirdi. O, bu komandada 128 oyuna 13 qol vurub.