Türkiyənin “Fatih Karagümrük” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi son mövsümdə “Milan”da çıxış etmiş Lukas Bilyanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma 34 yaşlı argentinalı yarımmüdafiəçi ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Lukas Bilya 2017-ci ildən “Milan”da çıxış edirdi. O, bu ilin sentyabrından azad agent idi. Yarımmüdafiəçi Argentina millisində 58 oyuna 1 qol vurub. Bilya “Milan”dan əvvəl “Anderlext”, “İndependyente”, “Latsio” və “Argentinos Juniors”da da forma geyinib.