“Milan”dan ayrılan hücumçu rəsmən “Fiorentina”da
- 11 Sen 2020 11:43
- 600
İtaliyanın “Fiorentina” klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisi “Milan”ın sabiq futbolçusu Cakomo Bonaventuranı transfer edib.
Bu barədə Florensiya klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər iki illik müqaviləyə imza atıblar.
31 yaşlı yarımmüdafiəçi Florensiya klubuna azad agent statusu ilə keçib.
Qeyd edək ki, İtaliya millisinin üzvü 2014-cü ildən “Milan”da çıxış edirdi. O, bu müddətdə 184 oyuna 35 qol vurub. 2007-2014-cü illər aralığında da “Atalanta”da oynamış futbolçu qısa müddət “Perqokrma” və “Padova”da da forma geyinib.