“Milan” baş məşqçisi Stefano Piolinin müqaviləsinin müddətini artırıb.

Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisi 54 yaşlı mütəxəssislə müddəti 2022-ci ilin yayına qədər olan sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

2019-cu ilin oktyabrından “Milan”ı çalışdıran Piolinin müqaviləsi 2021-ci ilin iyununa qədər idi. Onun rəhbərlik etdiyi komanda A Seriyasında 35 turdan sonra 5-ci sıradadır.