"Yuventus" müdafiə xəttini gücləndirib.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Turin təmsilçisi "Milan"dan Pyerr Kalulunu icarəyə götürüb. 

Fransalı mərkəz müdafiəçisi 2024/2025 mövsümünü icarə əsasında "Milan"da keçirəcək.

"Milan" Pyerr Kalulunu 2020-ci ilin sentyabr ayında Lion “Olimpik”indən transfer edib. 24 yaşlı futbolçu ötən mövsüm "qırmızı-qaralar"da 11 rəsmi matçda meydana çıxıb.