İtaliya təmsilçisi "Milan"ın üç əfsanəvi hücumçusu - Andrey Şevçenko, Marko van Basten və Filippo İnzaqinin adı klubun Şöhrət Zalına daxil edilib.


Rekord.az Milan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, keçmiş futbolçuların adları azarkeşlərin səsverməsindən sonra Şöhrət Zalına salınıb.


Milan Şöhrət Zalı 2024-cü ildə klubun 125 illik yubileyi münasibətilə yaradılıb. Üzv olmaq şərəfini qazanan ilk şəxs məşhur müdafiəçi Franko Baresi olub. “Rossonerilər” klub tarixinin ən yaxşı hücumçularını seçərək fəxri üzvlərin siyahısını genişləndirmək qərarına gəliblər.