“Milan”ın futbolçusu koronavirusa qalib gəldi
- 22 Sen 2020 19:30
- 648
“Milan”ın koronavirusa yoluxan futbolçusu Rafael Leao sağalıb.
Rekord.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Koronavirusa qalib gələn 21 yaşlı hücumçu artıq komandayla məşqlərə başlayıb.
Leao “Milan”ın A Seriyasının ilk turunda “Bolonya”nı məğlub etdiyi oyunda (2:0) iştirak etməyib.