“Milan”ın futbolçusu Leo Duarte koronavirusa qalib gəlib.

Rekord.az xəbər verir ki, bu barədə “qırmızı-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, 24 yaşlı müdafiəçinin son koronavirus testinin mənfi çıxdığı bildirilib.

Duarte “Milan”ın son məşqində komandayla birgə çalışıb. Braziliyalı futbolçunun sentyabrın 22-də verdiyi koronavirus testi müsbət çıxmışdı.