İtaliyanın “Milan” klubunun futbolçusu Samuel Kastilyexo xoşagəlməz hadisə ilə üzləşib.

Rekord.az xəbər verir ki, bu barədə ispan futbolçu “instagram” hesabında məlumat yayıb. O, silahlı şəxslər tərəfindən soyulduğunu açıqlayıb:

“Milanda hər şey qaydasındadır? Mən üzümə silah tutan iki nəfər tərəfindən soyuldum”.

2018-ci ildən “Milan”ın formasını geyinən Kastilyexo, bu mövsüm 19 oyunda iştirak edib.