“Milan”ın hücumçusu Olivye Jiru A Seriyasında iki oyunda meydana çıxmayacaq.

Rekord.az “Sky Sport”a istinadən xəbər verir ki, fransalı futbolçu “Leççe” ilə oyunda hakimin qərarından narazı qalıb. 

Xəbərdarlıq alan Jiru narazılıqlarını davam etdirib. Nəticədə, futbolçu qırmızı vərəqə ilə cəzalandırılıb. İntizam Komitəsi isə ona iki oyunluq cəza verib.