İtaliyanın “Milan” klubunun futbolçusu Teo Hernandes koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, 24 yaşlı müdafiəçidə koronavirus aşkarlandığı bildirilib.

Teo bir neçə gün əvvəl Fransa yığmasıyla UEFA Millətlər Liqasının qalibi olub.