İtaliya çempionatının 13-cü turunun “Fiorentina” ilə oyununda “Milan”ın 15 yaşlı (15 yaş 260 günlük) futbolçusu Françesko Kamarda debüt edib.

Rekord.az xəbər verir ki, 1:0 hesablı oyunun 83-cü dəqiqəsində meydana daxil olan hücumçu İtaliya çempionatında rekorda imza atıb.

Bundan əvvəl rekord 15 yaş 274 günlük "Genuya" ilə matçda əvəzedici kimi meydana çıxan "Bolonya"nın müdafiəçisi Uisdom Ameyə məxsus idi.

Milanda hücumameyilli oyunçuların zədələri və diskvalifikasiyaları səbəbindən komandanın baş məşqçisi Stefano Pioli hücumun mərkəzində ancaq Luka Yoviçə arxalana bilib. Elə buna görə də 15 yaşlı Kamarda əsas komandaya çağırılıb.

Yeniyetmələr səviyyəsində italiyalı 89 oyunda 485 qol vurub. Kamarda bu yay gənclər komandasından Milana U19-a keçib, klubun bütün yarışlarında 13 oyun keçirib, yeddi qol vurub və iki məhsuldar ötürmə edib.